Xəbərlər

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa

Hörmətli Mustafa Şəntop!

Qardaş Türkiyə xalqının böyük dəstəyi sayəsində güclü və xarizmatik lideriniz, Azərbaycan xalqının çox hörmət və ehtiram bəslədiyi görkəmli ictimai-siyasi xadim cənab Rəcəb Tayyib Ərdoğanın inamlı qələbə qazanaraq yenidən Türkiyə Respublikasının Prezidenti seçilməsi, təmsil olunduğunuz Ədalət və İnkişaf Partiyasının seçicilərin yüksək etimadı ilə parlamentdə üstünlük qazanması və millət vəkili seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkənizin iqtisadi yüksəlişi, doğma Türkiyə xalqının sosial rifahının daha da yaxşılaşdırılması və işıqlı gələcəyi naminə dəyərli fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı diləyirik!
Türkiyə tarixində növbəti dəfə keçirilən ümumxalq səsverməsində cənab Rəcəb Tayyib Ərdoğana, təmsil olunduğunuz partiyaya və “Cümhur İttifaqı”na göstərilən bu yüksək etimad gördüyünüz işlərə verilən qiymət, Türkiyə xalqının sizlərə olan böyük sevgisinin bariz nümunəsidir. Bu qətiyyətli qələbə bir daha sübut edir ki, bundan sonra da Türkiyə Respublikası inamlı inkişaf yolu ilə gedəcək və Türk dünyasının birliyinin möhkəmləndirilməsi yolunda səylərinizi uğurla davam etdirəcəksiniz. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tarixi sözləri ilə desək, “bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə və möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq və qardaşlıq münasibətləri, o cümlədən parlamentlərarası yüksək səviyyəli əlaqələrimiz gələcəkdə də dinamik şəkildə inkişaf edəcəkdir.
Hörmətli Mustafa Şəntop!
Bu şərəfli və layiqli qələbəniz münasibətilə Sizi və qardaş Türkiyə xalqını bir daha ürəkdən təbrik edir, ölkənizin tərəqqisi, daha qüdrətli dövlətə çevrilməsi və ali məqsədlərinizə çatmaq yolunda gördüyünüz bütün işlərdə Sizə uğurlar arzulayırıq!

Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Respublikası Milli Məclisinin Hesablayıcı
Komissiyasının sədri, Azərbaycan Ağsaqqallar
Şurasının sədri, professor        Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.