Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin yeni kitabı çap olunub

“Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu” adlı monoqrafiya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub. Kitabın müəllifi Azərbaycan Ağsaqqallar Şurasının sədri, Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev tərəfindən monoqrafiyada Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkəmizin davamlı inkişafında rolu araşdırılmış, bu inkişaf kontekstində iqtisadi rayonların sosial-iqtisadi aspektləri işlənilmişdir. Davamlı inkişafın təşkilində iqtisadi rayonların rolunun artırılması üzrə beynəlxalq təcrübə ümumiləşdirilmiş, ayrı-ayrı dünya ölkələrinin bu istiqamətdə fəaliyyət strategiyaları və prioritetləri öyrənilmişdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaranması və sosial-iqtisadi inkişaf prosesləri təhlil olunmuşdur. Kitabda, həmçinin, Qarabağ iqtisadi rayonunun Azərbaycanın davamlı inkişafı proseslərində strateji rolu qiymətləndirilmiş, o cümlədən Şərqi Zəngəzur iqtisadi rayonunun ölkəmizin davamlı inkişafında çoxfunksiyalı xüsusiyyətləri verilmişdir.
Eldar Quliyev monoqrafiyada yeni çağırışlar şəraitində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolunun artırılması istiqamətlərini müəyyənləşdirmişdir. Ulu Öndər Heydər Əliyevin Sovetlər Birliyi dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə və keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyimizin bərpasında, gücləndirilməsində, müstəqil dövlətçilik atributlarının formalaşdırılmasında və inkişaf etdirilməsində tarixi xidmətlərinə dair materiallar verilmişdir.
Monoqrafiya elmi işçilər, tədqiqatçılar və mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Monoqrafiyada verilmiş materiallardan işğaldan azad olunmuş ərazilərdə yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkiafında rolunun artırılması üzrə daha səmərəli mexanizmlərin, fəaliyyət proqramlarının və strategiyalarının hazırlanmasında istifadə edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.