Avqust ayının 19-da Bərdə Rayon Ağsaqqallar Şurasının sədri, dəyərli ziyalı, müdrik ağsaqqal, alicənab insan Yaşar Zamanovun 70 yaşı tamam olur.
Yüksək idarəçilik və təşkilatçılıq qabiliyyətinə malik Yaşar Zamanov uzunmüddətli uğurlu fəaliyyəti, işgüzarlığı, bacarığı və xeyirxahlığı sayəsində Bərdə və ətraf rayonların əhalisi arasında böyük hörmət və nüfuz qazanmışıdır. Bir sıra məsul vəzifələrdə çalışan Yaşar müəllimin işlədiyi sahələrdə qazandığı nailiyyətlər və səmərəli fəaliyyəti daim dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir. Yeni Azərbaycan Partiyası Bərdə Rayon təşkilatının təsisçisi olan Yaşar Zamanov həmişə milli və dövlət maraqlarını üstün tutaraq Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin tərəqqisinə istiqamətlənmiş uğurlu siyasətini dəstəkləmişdir. Fəaliyyəti boyunca hər zaman Vətənimizin inkişafına dəyərli töhfələr verən Yaşar Zamanov bu gün də Bərdə Rayon Ağsaqqallar Şurasının sədri kimi Vətənimizin tərəqqisi naminə var qüvvəsi ilə çalışır, gənclərimizin milli-mənəvi dəyərlərimizə hörmət və vətəpərvərlik ruhunda yetişdirilməsi üçün əlindən gələni əsirgəmir.
Həyat və fəaliyyətinin hər addımı xalqımıza və dövlətimizə dəyərli xidmət nümunələri ilə zəngin olan Yaşar Zamanovu – şərəfli və məhsuldar ömür yoluna, mənəvi saflığa və vətəndaş böyüklüyünə sahib vətənpərvər şəxsiyyəti 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV