Təbriklər

ZÜLFÜQAR ƏLİYEV – 70

Avqust ayının 28-də Füzuli Rayon Ağsaqqallar Şurasının sədri, dəyərli ziyalı, müdrik ağsaqqal Zülfüqar Əliyevin 70 yaşı tamam olur.
Şərəf və vicdanla yaşadığı ömrünün kamillik zirvəsində olan Zülfüqar müəllim sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanıb. Respublikamızın ictimai həyatında yaxından iştirak edən Zülfüqar Əliyev fəaliyyəti boyu hər zaman milli və dövlət maraqlarını üstün tutaraq xalqa və Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin gələcək tərəqqisinə, iqtisadi yüksəlişinə istiqamətlənmiş uğurlu siyasətinin yanında olub. Gənc yaşlarından tibb sahəsində həkim-epidemioloq kimi çalışan Zülfüqar müəllim hal-hazırda Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru kimi fəaliyyətini uğurla davam etdirir. Zülfüqar Əliyevin səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Səhiyyə əlaçısı” döş nişanı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı və digər mükafatlarla təltif olunub.
Azərbaycanın qədim və çox böyük tarixə malik bölgələrindən biri olan Füzuli Rayonunun Ağsaqqallar Şurasının sədri olaraq Zülfüqar müəllim bu gün də dəyərli şəxsiyyət, müdrik ağsaqqal kimi nümunəvi fəaliyyəti ilə xalqımıza, dövlətimizə böyük xidmətlər göstərir, cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Yüksək vətənpərvərlik hisslərinə malik Zülfüqar Əliyevi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz gənclik enerjisi və gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor            Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.