Rayon və şəhər Ağsaqqallar Şuralarının üzvləri işğal altındakı topaqlarımızı düşməndən azad edərək ərazi bütövlüyümüzü təmin edən, Qarabağımızda üçrəngli qalibiyyət bayrağımızı dalğalandıran qəhrəman Vətən oğullarının, şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Anım Günü günü kimi qeyd olunan 27 sentyabr tarixində keçirilmiş tədbirlərdə yaxından iştirak ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları respublikamızın bütün şəhər və rayonlarında icra hakimiyyətləri, YAP, veteranlar təkilatı və digər qurumlarla birlikdə şəhidlərimizə anım tədbirləri keçirmiş, Şəhidlər Xiyabanının, şəhid məzarlarının, qəhrəman övladlarımızın xatirəsinə ucaldılmış abidələrin önünə tər güllər düzərək əziz xatirələrini ehtiramla yad etmiş, ruhlarına dualar oxumuşlar.
Anım Günü tədbirlərində çıxış edən ağsaqqallar 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun igid əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan bəhs etmiş, erməni qəsbkarlarının 30 il işğal altında saxladıqları torpaqlarımızın şəhidlərimizin qanı bahasına azad edildini vuğulamışlar. Qeyd etmişlər ki, bu günlərdə uğurla həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı qanunsuz silahlı birləşmələrinin tör-töküntüləri də təslim olmağa məcbur edilmiş, tarixi ədalət – ərazi bütövlüyümüz tam bərpa olunmuşdur.