Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyev QDİƏT PM-in tədbirlərində iştirak edəcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) komitə iclaslarında iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin QDİƏT PM-dəki rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyev  və nümayəndə heyətinin üzvləri oktyabrın 30-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər ediblər.

Səfər çərçivəsində  nümayəndə heyəti QDİƏT PM-in Hüquqi və siyasi məsələlər komitəsinin, həmçinin Texnoloji və ekoloji məsələlər üzrə komitənin iclaslarında iştirak edəcək. Səfər noyabrın 1-də başa çatacaq.

Səfər haqqında geniş məlumat veriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.