Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) komitə iclaslarında iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin QDİƏT PM-dəki rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyev və nümayəndə heyətinin üzvləri oktyabrın 30-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti QDİƏT PM-in Hüquqi və siyasi məsələlər komitəsinin, həmçinin Texnoloji və ekoloji məsələlər üzrə komitənin iclaslarında iştirak edəcək. Səfər noyabrın 1-də başa çatacaq.
Səfər haqqında geniş məlumat veriləcəkdir.