Xəbərlər

Abşeron Rayon Ağsaqqallar Şurası Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirib

Abşeron Rayon Ağsaqqallar Şurası 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirib.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov çıxış edərək 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın 30 ilə yaxın davam edən Qarabağ həsrətinə son qoyub. Qarabağın işğaldan azad edilməsi möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və müdrik xalqımızın sarsılmaz birliyi sayəsində mümkün olub. Natiq, həmçinin, Azərbaycanın Dövlət Bayrağının xalqımızın müstəqilliyinin, dövlətçiliyinin, milli kimliyinin və suverenliyinin rəmzi olduğunu qeyd edib və bu gün üçrəngli bayrağımızın işğaldan azad edilmiş suveren Azərbaycanın hər bir guşəsində, eləcə Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalandığını fəxrlə vurğulayıb.

Tədbirdə çıxış edən digər natiqlər də Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs edərək, uzun illər işğal altında qalmış Qarabağın azad edilməsinin Azərbaycan xalqının milli qürurunun, iradəsinin və birliyinin təcəssümü olduğunu bildiriblər. Onlar əldə olunan tarixi Qələbənin yalnız hərbi uğur deyil, həm də beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıdığını, həmçinin gələcək nəsillər üçün milli qürur, birlik və vətənpərvərlik nümunəsi təşkil etdiyini xüsusi qeyd ediblər. Eləcə də bayrağımıza hörmətlə yanaşmağın və dövlətçilik ənənələrimizi qorumağın hər bir vətəndaşın mənəvi borcu olduğunu diqqətə çatdırıblar.

Sonda Abşeron Rayon Ağsaqqallar Şurasının bir qrup üzvünə yeni vəsiqələr təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.