Xəbərlər

Abşeron Rayon Ağsaqqallar Şurasının üzvləri ağacəkmə aksiyalarında iştirak edirlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq Abşeron rayonunda silsilə tədbirlər keçirilir. İl çərçivəsində mövsümi olaraq həyata keçirilən ağacəkmə kampaniyasının yeni mərhələsinə start verilib.

Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Nizami Zalovun və təşkilat üzvlərinin iştirakı ilə keçirilən növbəti ağacəkmə aksiyası rayonun Şəfəq qəsəbəsində baş tutub. Ağsaqqallar tərəfindən aksiyada ağaclar əkilib, həmçinin, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, həm də ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırmaq və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləməkdir.

Ağsaqqallarla yanaşı, Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, idarə və müəssisələrin kollektivlərinin, Abşeron RİH könüllülərinin, şəhid ailələrinin, müharibə iştirakçılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bu aksiya oktyabrın 18-dən 28-nə kimi davam edəcək və aksiyada ümumilikdə 16500 ədəd ağac və həmişəyaşıl gül kolları əkiləcəkdir. Əkilən ağaclara lazimi aqrotexniki qulluq göstərilir, suvarma şəbəkəsi çəkilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.