Cəmiyyətimizin həssas təbəqəsinin hər bir nümayəndəsi kimi, həyatını ölkəmizin tərəqqisinə həsr edən ağsaqqallarımız da hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatə olunublar. Ümummilli Lider Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqallara göstərilən diqqət və dövlət qayğısı regionlarda da bariz şəkildə özünü göstərir.
Bu günlərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayon sakinləri – el ağsaqqalı, şair Gülümbala Həsənbala oğlu Nəsirlini 85, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Əli Rza oğlu Mustafayevi isə 80 illik yubileyləri münasibətilə təbrik edib. Hər iki yubilyarla görüşən icra başçısı ağsaqqallarla səmimi həmsöhbət olub, onlara təbriklərini çatdırıb, sağlam və uzun ömür arzulayıb. Həmçinin yubilyarlara Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edib.
Gülümbala Nəsirli və Əli Mustafayev onlara göstərilən bu diqqətə görə öz minnətdarlıqlarını bildiriblər və qeyd ediblər ki, Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Xaçmazda da ağsaqqallar dövlət qayğısı ilə əhatə olunublar. Onlar son illər ərzində Xaçmaz rayonunda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri və aparılan abadlıq-quruculuq işlərini də yüksək qiymətləndiriblər.
Görüşdə Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov da iştirak edib.
Ağsaqqallar dövlət qayğısı ilə əhatə olunublar
- 22-11-2023
- [11:17]
- [ ]

22
Noy