24 iyun 2026-ci il tarixində Ağstafa Rayon İcra Hakimiyyətinin və Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə şəhərin “Yazıçılar Evi”ndə Ağstafa Rayon Ağsaqqallar Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, müdrik ağsaqqal, vətənpərvər ziyalı Nəriman Mehdixan oğlu Mehdiyevin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev və digər tanınmış şair və yazıçılar, ziyalılar çıxış edərək Nəriman müəllimi 90 illik yubileyi münasibətilə təbrik etmiş, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulamışlar.
Yubilyara Ağstafa Rayon İcra Hakimiyyətinin və Rayon Ağsaqqallar Şurasının Fəxri Fərmanları və hədiyyələr təqdim edilmişdir.
Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvü Nəriman Mehdiyevin 90 illik yubileyi keçirilmişdir
- 25-06-2026
- [18:26]
- []
25
İyn




