Xəbərlər

Ağsu ağsaqqallarının orta məktəb şagirdləri ilə maarifləndirici görüşü keçirilib

17 mart tarixində Ağsu Rayon Ağsaqqallar Şurasının üzvlərinin, ziyalıların və digər təşkilat nümayəndələrinin orta məktəb şagirdləri ilə maarifləndirici görüşü keçirilib.

Görüşdə Ağsu Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Nəzərov, Şuranın sədr müavinləri Xanlar Hüseynov və Çingiz Pənahov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Ağsu rayon üzrə nümayəndələri Şövkət Nemətli və İlyas Mahmudlu, eləcə də ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin elmə, təhsilə marağının artırılması, sağlam həyat tərzinin, idmanın təbliğ olunması, həmçinin onlarda vətənpərvərlik tərbiyəsini daha da gücləndirmək üçün xalqımızın qəhrəmanlıq tarixi barədə, görkəmli Azərbaycan ziyalılarının, tanınmış şəxsiyyətlərin nümunəvi həyat və fəaliyyət yolu haqqında söhbətlərin aparılması olmuşdur. Görüşdə çıxış edən Vaqif Nəzərov və digər natiqlər şagirdlərə lazımi məsləhət və tövsiyələr vermiş, ətraflı müzakirələr əsasında keçirilən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.