İyun ayının 6-da Ağsu rayonunun Heydər Əliyev Mərkəzində 70 illik yubileyi münasibətilə görkəmli şair-publisist Ağacəfər Həsənli ilə görüş keçirilmişdir.
Görüşdə Ağsu Rayon İcra Hakimiyəti başçısının müvini Sevil Mirzəliyeva, Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov, ağsaqqallar, ziyalılar və rayon ictimaiyyətinin digər numayəndələri iştrak etmişlər.
Tədbirdə çıxış edən ağsaqqallar və digər natiqlər onlarla şeir, publisistika və tərcümə kitabının müəllifi olan, əsərləri rus, ingilis, fransız, bolqar, ərəb və başqa dillərə tərcümə edilən Ağacəfər Həsənlinin həyatından və zəngin yaradıcılığından bəhs etmiş, onun çağdaş Azərbaycan poeziyasındakı özünəməxsus yerindən söz açmışlar. Yubilyarın yaradıcılığından nümunələr səsləndirdirmiş, ona öz təbriklərini və səmimi ürək sözlərini çatdırmışlar. Cəmiyyətimizə örnək olan belə şəxsiyyətlərə həsr olunmuş tədbirlərin yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində, həmçinin elmə, təhsilə, ədəbiyyata maraqlarının artmasında mühüm rol oynadığını bildirdirən natiqlər ömrünün kamillik dövrünü yaşayan qələm sahibi Ağacəfər Həsənliyə bundan sonrakı yaradıcılığında davamlı uğurlar və möhkəm cansağlığı arzulamışlar.
Tədbirdə məktəblilər şairin şeirlərindən parçalar söyləmiş, rayonun tanınmış müğənniləri yubilyarın sözlərinə bəstələnmiş mahnılar ifa etmişlər.
Görüş iştrakçılarını yeni şeirləri ilə tanış edən şair-publisist Ağacəfər Həsənli göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirmişdir.






