Xəbərlər

Astara Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü ilə Şuranın yerli təşkilatlarında 28 May – Müstəqillik Gününün 104 illliyinə həsr edilmiş silsilə hesabat konfransları keçirilməsinə başlanılıb. İlk tədbir Astara Rayon Ağsaqqallar Şurası tərəfindən keçirilib.
Mayın 23-də baş tutan konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, professor Elmira Süleymanova, Astara Rayon İcra başçısının müavinləri Allahverən Mahmudov və Firəngiz Sadıxova, Rayon Ağsaqqllar Şurasının sədri Natiq İbadov, habelə Azərbaycan Ağsaqqallar Şurası Aparatının nümayəndələri Elşad Quliyev və Mətanət Şahbazova, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransadan öncə Elmira Süleymanova və digər tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xiyabanını, Zəfər Parkını və oradakı abidəni ziyarət edərək önünə gül dəstələri qoyublar.
Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsi konfransda bir dəqiqəlik sükutla yad edildikdən sonra Rayon İcra başçısının müavini Allahverən Mahmudov qonaqları və digər tədbir iştirakçılarını salamlayaraq sözü Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, professor Elmira Süleymanovaya verib.
Elmira xanım çıxışında bütün tədbir iştirakçılarını və rayon əhalisini Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq bir daha böyük fəxrlə xatırladıb ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 44 gün ərzində xalqı və bütün ordunu ətrafında birləşdirərək 30 illik həsrətində olduğumuz torpaqlarımızı geri qaytardı.
Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü ilə yerli təşkilatlarda 28 May – Müstəqillik Gününün 104 illliyinə həsr edilmiş silsilə tədbirlərin keçirilməsi haqqında danışan Elmira xanım Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından tədbir iştirakçılarını və bütün Astara əhalisini qarşıdan gələn bayram münasibətilə təbrik edərək, bu tarixi günün xalqımız üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, mayın 10-da bütün dünya azərbaycanlıları tərəfindən 99-cu ildönümünün xüsusi olaraq qeyd edildiyi və artıq qarşıdan gələn 100-cü ildönümü ilə bağlı hazırlıqların getdiyi dahi rəhbərimiz, ümummilli liderimiz Heydər Əliyevin müstəqilliyimizi bütün Azərbaycan xalqının sərvəti hesab etdiyini bildirib. Elmira xanım xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin Azərbaycanın müstəqilliyini itirməsinin, ölkədəki xaosun, dağıntıların qarşısını aldığını və əsasını qoyduğu sosial-iqtisadi, hərbi islahatların onun layiqli varisi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ən böyük istəklərindən biri olan torpaqlarımızın ermənilərin işğalından azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma ata-baba yurdlarına geri dönmələri arzusunu onun qeyrətli oğlu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev həyata keçirdi, möhtəşəm Zəfərlə xalqımızı sevindirib. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda geniş miqyasda quruculuq işləri aparılır və tezliklə o yerlərin əsl sahibləri və sakinləri öz yurd-yuvalarına qayıdacaqlar.
O, son dövrlərdə Şurada hiss olunan canlanmadan da bəhs edərək Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı altında təşkilatın həyata keçirdiyi işlərdən danışıb. Bu fəallığın bir çox rayonlarda müşahidə olunduğu kimi, Astarada da nəzərə çarpdığını böyük məmnunluqla qeyd edib. Elmira xanım onu da əlavə edib ki, ağsaqqallar ictimai fəallıqlarını artırmalı, geniş maarifləndirmə işləri aparmalı və onların gəncərlə həyata keçirdikləri işlər daha da böyük miqyası əhatə etməlidir.
Çıxış edən Astara Rayon Ağsaqqllar Şurasının sədri Natiq İbadov və başqa iştirakçılar rayon ağsaqqallarının gördüyü işlərdən, həyata keçirdikləri tədbirlərdən, şəhid ailələri və qazilələrlə keçirilən görüşlərdən və onlara ayrılan yüksək diqqət və qayğıdan bəhs ediblər. Rayondakı sosial-iqtisadi vəziyyətdən, aparılan işlərdən və nəzərəçarpacaq inkişaf prosesindən söhbət açaraq vurğulayıblar ki, ulu öndər Heydər Əliyev hər zaman Astara rayonuna böyük diqqət ayırıb və bu münasibət dövlət başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Konfransın sonunda Elmira Süleymanova göstərilən qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib, tədbir iştirakçılarına və bütün Astara əhalisinə bundan sonra da xoş və firavan günlər, əmin-amanlıq və işlərində uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.