Xəbərlər

Azərbaycan Ağsaqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev Türkiyəyə işgüzar səfərə gedib

Dekabrın 13-dən Azərbaycan Ağsaqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə Şuranın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Konseyi Başkanı Binəli Yıldırımın dəvəti ilə Türkiyədə səfərdə olacaqlar.

Nümayəndə heyətinin 13-15 dekabr tarixində İstanbulda Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Konseyi Başkanı Binəli Yıldırımla, 15-17 dekabrda isə Ankarada görüşləri nəzərdə tutulub.

Görüşlərdə Azərbaycan Ağsaqqallar Şurası və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Konseyi arasında təcrübə mübadiləsinin aparılması, ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün perspektiv planların işlənib hazırlanması, təşkilatlararası əlaqələrin gələcək inkişaf istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində, həmçinin, nümayəndə heyəti millət vəkili Məlahət İbrahimqızının iki ölkə arasındakı sarsılmaz qardaşlıq və əbədi dostluğa həsr edilmiş “Bərabər yürüdük biz bu yollarda” kitabının ayın 16-da Türkiyədə keçiriləcək təqdimat mərasimində iştirak edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.