Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurası xeyirxahlıq missiyasını davam etdirir

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə Şura öz xeyirxahlıq missiyasını davam etdirir. Belə ki, İslam aləminin müqəddəs bayramı olan Qurban bayramı münasibətilə təşkilat tərəfindən növbəti dəfə Sabunçu rayonunun Maştağa, Bilgəh, Nardaran və Zabrat qəsəbələrində şəhid ailələrinin üzvlərinə, qazilərə və aztəminatlı ailələrə qurban payları təqdim olunur.

Bu qəsəbələrdə yaşayan ailələrə baş çəkərək qurban paylarını təqdim edən Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev və digər şəxslər Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından sakinləri Qurban bayramı münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıblar. Qeyd ediblər ki, Azərbaycan Ağsaqqallar Şurası tərəfindən bundan sonra da şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə diqqət və qayğı göstəriləcəkdir.
Onlara davamlı olaraq göstərilən bu diqqəti məmnunluqla qarşılayaraq öz təşəkkürlərini bildirən sakinlər dövlət səviyyəsində də hər zaman böyük qayğı ilə əhatə olunduqlarını vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Qurban bayramı günlərində davam etdiriləcək bu xeyriyyə aksiyası, ümumilikdə, 2500-yə yaxın ailə üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurası tərəfindən müntəzəm olaraq müxtəlif bayramlarda və əlamətdar günlərdə şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə yardım payları, sovqatlar təqdim olunur. Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin təşəbbüsü ilə həyata keçirilən bu nəcib əməllər ölkəmizdə şəhid ailələri, müharibə əlilləri, qazilər və aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli üzrə həyata keçirilən uğurlu dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.