Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasından Türkmənistanın ölkəmizdəki səfirliyinə təbrik məktubu

 Azərbaycan Ağsaqqallar Şurası Türkmənistanın Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə qardaş ölkənin respublikamızdakı fövqəladə və  səlahiyyətli  səfiri cənab Qurbanməmmet Elyasova təbrik məktubu ünvanlayb. Təbrikdə deyilir:

 

          Hörmətli cənab Qurbanməmmet Elyasov!

Sizi və sizin şəxsinizdə Səfirliyin əməkdaşlarını, habelə ölkənizin bütün diplomatlarını Türkmənistan Respublikası Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir və hər birinizə ən xoş arzularımızı çatdırırıq!

Qardaş Türkmənistan və Azərbaycanı ortaq tarix, dil, din və adət-ənənələr birləşdirir. Etnik və dərin tarixi köklərlə bir-birinə bağlı olan əlaqələrimiz strateji tərəfdaşlığa əsaslanır. Hazırda ikitərəfli münasibətlərimizdə mövcud olan yüksək səviyyəli siyasi dialoq, o cümlədən  iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkmənistan Respublikasının Prezidenti cənab Sərdar Berdiməhəmmədov tərəfindən uğurla davam etdirilir. Əminik ki, dövlətlərimizin və xalqlarımızın milli maraqlarını qoruyan diplomatlarımızın səyləri nəticəsində ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq  münasibətləri gündən-günə inkişaf edəcək, ikitərəfli strateji tərəfdaşlığımız daha da dərinləşəcək.

         Hörmətli Səfir!

          Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi qardaş Türkmənistan diplomatlarının peşə bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, məsuliyyətli və şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq!

 

        Dərin hörmətlə,

       Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

       üzvləri adından Şuranın sədri, millət vəkili,

       professor                                                                                                                                                                                                                                       Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.