Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının əməkdaşları Zəfər parkını ziyarət ediblər

Sentyabrın ayının 27-də – Anım Günündə Azərbaycan Ağsaqqallar Şurası Aparatının əməkdaşları “Azərittifaq”ın məsul şəxsləri, Azərbaycan Kooperasiya Universitetinin, habelə Bakı Biznes və Kooperasiya Kollecinin kollektivləri ilə birlikdə Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.

Ziyarətçilər Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin, şanlı Zəfər tariximizin əbədiləşdirilməsinin və qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramın göstəricisi olaraq yaradılacaq parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən oğullarını dərin ehtiramla yad ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.