Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Ahıllar Günü münasibətilə təbriki

1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Azərbaycan Respublikasının bütün ahıl vətəndaşlarını, ömürlərinin müdriklik zirvəsində qərarlaşan ağsaqqallarımızı, ağbirçəklərimizi ürəkdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı, xoş və firavan günlər, uğurlar arzulayırıq!

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə hər zaman ölkəmizdə ahıllara, yaşlı nəslə, o cümlədən  ağsaqqallara xüsusi diqqət və qayğı göstərilmişdir. Təsadüfi deyil ki, Ümummilli Liderimiz ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmış, onlara daim öz dərin ehtiramını ifadə etmişdir. Bu siyasi kurs, bu nəcib missiya hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Belə ki, ölkəmizdə ahıl vətəndaşların maddi və mənəvi tələbatlarının tam ödənilməsi, onların sosial problemlərinin öyrənilməsi və həll edilməsi, o cümlədən cəmiyyətə inteqrasiyaları istiqamətində müntəzəm effektiv işlər həyata keçirilir, təqaüd və müavinətləri mütəmadi surətdə artırılır və bu sahədə bir çox  digər zəruri tədbirlər həyata keçirilir. Bir sözlə bu gün ahıllarımız dövlət qayğısı ilə hərtərəfli əhatə olunublar və bu qayğı davamlı şəkildə artır.

Fəaliyyəti dövründə hər zaman öz ahıl üzvlərindən və bütün ahıl vətəndaşlarımızdan diqqət və qayğısını əsirgəməyən Azərbaycan Ağsaqqallar Şurası olaraq biz bir daha Beynəlxalq Ahıllar Günü münasibətilə ölkəmizdə yaşlı nəslin bütün nümayəndələrini, o cümlədən müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğaldan tam azad etdiyi ata-baba torpaqlarına, doğma yurd yerlərinə qovuşmaq sevincini yaşayan ağsaqqal və ağbirçəklərimizi  ürəkdən təbrik edir, onlara daha uzun və sağlam ömür, xoşbəxtlik, əmin-amanlıq və işlərində nailiyyətlər diləyirik!

 

Hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri,

millət vəkili, professor                                                                                                                               Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.