Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgidə iştirak edib

Landmark Hoteldə Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyi tərəfindən qurumun təhsil və mədəniyyət müşaviri Tevfik Ulualın “Ürəyimdəki Azərbaycan” adlı fotosərgisi təşkil olunub.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş sərgidə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli də iştirak edib.
Sərgidə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra Şimali Kiprin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşmasında böyük rolu olduğunu qeyd edib. Vurğulayıb ki, Şimali Kipr Türk Respublikası və Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin inkişafında ölkələrimizin mədəniyyət, idman və sosial sahələrində əməkdaşlığı xüsusi yer tutur. Qardaşlıq duyğusunun təsiri ilə çəkdiyi fotoları onlarla bölüşdüyü üçün təşəkkürünü bildirən Ufuk xanım Tevfik bəyin Azərbaycandakı fəaliyyətini başa vuraraq vətənə dönməyə hazırlaşdığını qeyd edib, ona gələcək işlərində uğurlar arzulayıb.
Sonra qonaqlar 50-yə yaxın fotonun yer aldığı sərgi ilə tanış olublar. Sərgidə Bakı ilə yanaşı, Azərbaycanın gözəl təbiətinin əks olunduğu fotolar da nümayiş etdirilib.
Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgidə iştirakından məmnunluğunu ifadə edərək Azərbaycanın gözəlliklərini nümayiş etdirdiyi üçün Tevfik bəyə təşəkkürünü bildirib və onunla xatirə şəkli çəkdirib.
Sərgidə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edib.
Qeyd edək ki, Tevfik Ulual 2019-cu ildən Şimali Kiprin Bakı təmsilçiliyində mədəniyyət və təhsil müşaviri olaraq fəaliyyət göstərir. “Ürəyimdəki Azərbaycan” onun Bakıda ikinci sərgisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.