Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli yubiley tədbirində iştirak edib

Mart ayının 6-da Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyevin 80 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Tədbirdə yubilyarla yanaşı, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Rayon Veteranlar təşkilatının sədri Yəhya Ağayev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev və başqaları iştirak ediblər.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək xalqımıza və Vətənimizə dəyərli xidmətlər göstərən Mayıl Əliyevi yubileyi münasibətilə təbrik edərək ona bundan sonra da sağlam və mənalı ömür, yeni müvəffəqiyyətlər və malik olduğu gənclik enerjisinin heç vaxt tükənməməsini arzulayıb. Mayıl müəllimin uğurla sədrlik etdiyi Nizami Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirən natiq ağsaqqalların rayonun ictimai-siyasi həyatındakı mövqeyini xüsusi vurğulayıb. Coşqun Cəbrayılov, həmçinin, gənc nəslin tərbiyəsində, cəmiyyətdə əxlaqi dəyərlərin formalaşmasında və ailə institutunun möhkəmləndirilməsində ağsaqqalların mühüm rola malik olduğunu bildirib.

Mayıl Əliyevi Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından təbrik edən təşkilatın Aparat rəhbəri Ramin Həsənli yubilyara Allahdan uzun ömür, möhkəm cansağlığı, gənclərimiz üçün nümunə olan şərəfli ömür yolunda və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb. Mayıl müəllimin və onun timsalında bütün ağsaqqalların xalqımız üçün hər zaman dəyərli olduğunu qeyd edib. Bildirib ki, ağsaqqalları daim yüksək qiymətləndirərək onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandıran Ümummilli Liderimiz Heydər Əliyevin cəmiyyətimizin bu həssas təbəqəsinə göstərdiyi diqqət və qayğı hal-hazırda Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hərtərəfli şəkildə uğurla davam etdirilir.

Tədbirdə Mayıl Əliyevin çoxşaxəli vətənpərvər fəaliyyətindən bəhs edən digər natiqlər də ona gələcək işlərində uğurlar arzulayaraq, öz səmimi təbriklərini çatdırıblar.

Tədbirdə yubilyara hədiyyələr, diplom və fəxri fərmanlar təqdim olunub.

Mayıl Əliyev çıxış edərək onu yubiley münasibətilə təbrik edənlərə və bütün  tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.