Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Zəngilanda keçirilən QHT-lərin Əməkdaşlıq Forumunda iştirak edir

Zəngilan Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu” keçirilir.

Forumda Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov və ölkəmizdə fəaliyyət göstərən 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi, media təmsilçiləri, ictimai xadimlər iştirak edirlər.
Tədbirdə çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu”nun iştirakçılarını salamlayıb. İşğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında davam edən genişmiqyaslı bərpa və quruculuq işlərindən, gələcək planlardan bəhs edib, bu rayonlarında investorların diqqətini cəlb edən maraqlı layihələrin həyata keçirildiyini bildirib. Vurğulayıb ki, bu ərazilərdə ekoloji layihələrin icrası COP29-la bağlı Azərbaycanın önəmli addımlarından olacaq. “Zəngilan yeganə rayondur ki, ərazisindən dörd çay keçir. Həmin bu çaylardan səmərəli istifadə edirik. Oxçuçay üzərində dörd su elektrik stansiyası fəaliyyət göstərir. Ümumi ölçüsü 42 kvt-dır. Zəngilanda 100 mindən çox ağac əkilib. Təkcə bu il 50 min ağacın əkilməsi nəzərdə tutulur”.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev öz çıxışında Azərbaycan QHT-lərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək, bu gün cəmiyyət və dövlət həyatının bütün prioritet sahələrində QHT-lərin fəal olduğunu qeyd edib. Son dövrlər ərzində QHT sektorunda təşəbbüskarlığın, ictimai nəzarətin, hesabatlılığın, şəffaflığın, ixtisaslaşmanın xeyli dərəcədə yüksəldiyini vurğulayıb. İşğaldan azad edilmiş torpaqlarımızda minalar və partlamamış hərbi sursatlar, itkinlər, əsir və girovlar, onların taleyi, Qərbi Azərbaycanda xalqımızın məhv edilən maddi-mədəni irsi və digər bir sıra mühüm məsələlərdən danışan Tural Əliyev əlavə edib ki, COP29 hazırda ən aktual mövzulardan biridir və Azərbaycan QHT-ləri bu prosesdə də yüksək təşəbbüskarlıq göstərirlər.
İki gün davam edəcək tədbirdə “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələr keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.