Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının rayon təşkilatlarının üzvləri Şuşa şəhərinə və Laçın rayonuna səfər ediblər

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili  Ağalar Vəliyevin təşkilatçılığı və dəstəyi ilə 9-10 iyul tarixində Ucar və Yevlax rayonlarından 62 nəfər, iyul ayının 12-si və 13-də Tərtər və Bərdə rayonlarından 63 nəfər, iyul ayının 15-i və 16-sı isə Goranboy rayonundan 32 nəfər olmaqla 5 rayondan ümumilikdə 157 ağsaqqal işğaldan azad olunmuş  Şuşa şəhərində və Laçın rayonunda səfərdə olublar.

Səfər zamanı Şuşanın görkəmli yerlərində – Cıdır düzündə, İsa bulağında, Şuşa qalasında, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində, Yuxarı Gövhərağa məscidində olan ağsaqqallar Laçının əsrarəngiz təbiətinin gözəlliklərindən xüsusi zövq alaraq orada aparılan tikinti-abadlıq işləri ilə də tanış olublar, gəzinti zamanı xatirə şəkilləri çəkdiriblər.

Səfərdə iştirak edən ağsaqqallar öz xoş təəssüratlarını bölüşərək bildiriblər ki, işğaldan azad olunmuş doğma torpaqlarımıza qayıtmaq, oranı gəzmək, orada  yaşamaq bütün Azərbaycan xalqının ən böyük arzusu idi. “Şükürlər olsun ki, Müzəffər Ali Baş  Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımızın qazandığı möhtəşəm Qələbə nəticəsində bizim arzularımız həyata keçir. İndi işğaldan azad olunmuş ərazilərdə geniş tikinti-abadlıq işləri aparılır. Qarabağ yenidən gülüstana çevrilir. Bizə yaşatdığı Zəfər sevincinə, işğaldan azad ediən ərazilərdə aparılan genişmiqyaslı abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində böyük canlanma yaratdığına görə təşkilatın sədri, millət vəkili, professor Eldar Quliyevə və ağsaqqallar üçün doğma Qarabağımıza bu gözəl səfəri təşkil etdiyi üçün Şuranın sədr müavini, millət vəkili Ağalar Vəliyevə öz minnətdarlığımızı bildiririk.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.