Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Türkiyəyə işgüzar səfərə yola düşüb

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev və Şuranın sədr müavini, millət vəkili, professor Eldar İbrahimov Türkiyəyə işgüzar səfərə yola düşüblər. Səfər zamanı Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyevlə rəsmi görüşü keçiriləcək. Görüşdə Türk Dövlətləri Təşkilatında təmsil olunan türkdilli ölkələrin və qardaş xalqların münasibətlərinin qarşılıqlı fayda və həmrəylik əsasında daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Həmçinin səfər çərçivəsində nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) daimi komitəsinin və reqlament üzrə işçi qrupunun iclaslarında iştirak edəcək. Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev həm də QDİƏT PM sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Səfər barəsində daha geniş məlumat veriləcəkdir.

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.