Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Türkiyədəki zəlzələ ilə bağlı Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, millət vəkili Binəli Yıldırıma başsağlığı verib:
Hörmətli Binəli Yıldırım!
Əziz qardaşım!
Qardaş Türkiyənin Kahramanmaraş və digər bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olması və xəsarət alması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu, hər iki xalqlın faciəsi, hər birimizin kədəridir. Bu dəhşətli faciə ilə əlaqədar türk qardaşlarımıza səbr diləyərək acılarını ürəkdən bölüşürük. Uca Allah xalqlarımızı bütün bəlalardan qorusun!
Dəyərli dostum, qardaşım!
Hamımızı sarsıdan bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan Ağsaqqallar Şurasının üzvləri adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara və yaralananlara tez bir zamanda şəfa diləyirik.
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV