Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinskini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə ölkəmizin bir qrup tanınmış ziyalısı təltif edilib.

Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, professor  Vaqif Şadlinski də təltif olunanlar sırasındadır. O, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev İdarə Heyətinin üzvləri və öz adından professor Vaqif Şadlinskini  təbrik edib  və ona gələcək fəaliyyətində uğurlar arzulayıb!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.