Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edirlər

Şəhər və rayon Ağsaqqallar Şuralarının üzvləri Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkəmizin bütün bölgələrində keçirilmiş silsilə tədbirlərdə yaxından iştirak ediblər.

Yubiley tədbirlərində əbədiyaşar lider Heydər Əliyevin şəhər və rayonların mərkəzlərində ucaldılmış abidələri ziyarət edilərək önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub. Eyni zamanda ağsaqqallar Heydər Əliyev mərkəzlərində olublar, orada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotostendlərə baxış keçiriblər. Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatları digər qurumlarla birgə gənclər üçün Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş idman yarışları təşkil ediblər, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər, nüfuzlu ağsaqqal və ziyalılar kütləvi informasiya vasitələrinə Ümummilli Liderin mənalı həyat yolundan, zəngin fəaliyyətindən, misilsiz xidmətlərindən və yüksək insani-əxlaqi keyfiyyətlərindən bəhs edən müsahibələr veribər. Bir çox şəhər və rayonlarda yubiley tədbirləri Şuranın yerli təşkilatlarında, həmçinin icra hakimiyyətlərində, idarə və təhsil müəssisələrində keçirilən konfrans və iclaslarla davam edib. Bu tədbirlərdə çıxış edən natiqlər, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli müqəddəratının həlli istiqamətindəki misilsiz xidmətlərindən danışıblar. Bildiriblər ki, Azərbaycan dünyada layiq olduğu mərtəbəyə Ümummilli Liderin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Vurğulanıb ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir və bu gün bu yüksək ideyalar Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davamlı olaraq uğurla həyata keçirilir.

Ulu Öndər Heydər Əliyevə həsr edilmiş videoçarxlar, kompozisiyalar, sərgilənən rəsm əsərləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Yubiley tədbirləri gün ərzində konsert proqramları, rəqs və mahnılarla davam edərək axşam saatlarında atəşfəşanlıqla başa çatıb.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.