Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarətdə iştirak edən Azərbaycan Ağsaqqllar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavini Bayram Yusifov, İdarə Heyətinin üzvləri – akademik Ziyad Səmədzdə, professor Şəmsəddin Hacıyev, professor İbrahim Quliyev, Akif Rəfiyev, Vahid Quliyev, təşkilatın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov, o cümlədən Şuranın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrləri – Rövşən Salahov, Mayıl Əliyev, Mürvət Əsgərov, Baba Bayramlı, Ramin Məmmədov və başqaları xalqımızın qəhrəmanlıq salnaməsini yazan unudulmaz şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək, əziz xatirələrini ehtiramla yad ediblər.

Ziyarət zamanı Azərbaycan Ağsaqqllar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev bildirib ki, bu qanlı cinayət, 20 Yanvar faciəsi xalqımızın iradəsinin, azadlıq istəyinin qarşısını ala bilmədi. Azərbaycan xalqı öz canı, qanı bahasına azadlığına qovuşdu və ölkəmiz heç zaman öz müstəqilliyini, suverenliyini əldən verməyəcəkdir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bunu 44 günlük Vətən müharibəsində və bir gündən də az davam edən antiterror tədbirlərində sübut etdi. Ata-baba torpaqlarımız erməni işğalçılarından azad edilərək ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Bu bir daha onu göstərir ki, Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.