Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar fevralın 26-da  Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, təşkilatın Rusiyadakı nümayəndəsi Yusif Əsgərov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif Hümbətov, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov,  həmçinin qurumun Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünası Kamal Əliyev və digər rəsmi şəxsləri Zahid Abbasov, Rafiq Rzayev, Elşad Quliyev Xətai rayonunda yerləşən Xocalı parkında faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Abidənin önünə gül dəstələri qoyan Şura üzvləri Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edərək, uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyiblər. Ziyarət zamanı bir daha qeyd olunub ki, Azərbaycan  xalqı erməni silahlı qüvvələri tərəfindən dinc insanlara qarşı törədilmiş bu soyqırımı – Xocalı faciəsini heç zaman unutmayacaq, unutdurmayacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.