Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin ideya müəllifi olduğu “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabı nəşr olunub

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun və Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin birgə ideya müəllifi olduğu “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabı nəşr olunub.

Qərbi Azərbaycan İcmasının hazırladığı nəşrdə əslən Qərbi Azərbaycandan olan elm, ədəbiyyat, mədəniyyət və ictimai-siyasi xadimlərin Ulu Öndər Heydər Əliyev haqqında olan xatirələri, fikir və düşüncələri yer alıb. Kitabda Ümummilli Lider Heydər Əliyev siyasətinin ucalığı, ali insani keyfiyyətləri real faktlar asasında oxuculara çatdırılır. Əbədiyaşar Liderin 100 illik yubileyinə böyük ehtiramın nümunəsi olan bu kitab Ulu Öndər Heydər Əliyevin siyasi, iqtisadi, mənəvi irsinin araşdırmaçıları və digər oxucular üçün nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.