Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyalarında fəal iştirak edirlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində digər rayonlarda olduğu kimi Daşkəsən və Qax rayonlarının ərazisində də ağacəkmə aksiyaları həyata keçirilir.

Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevin və Qax Rayon Ağsaqqallar Şurasının sədri Tahir İsmayılovun rəhbərliyi ilə keçirilən İdarə Heyətinin iclaslarında ağsaqqaların bu tədbirlərdə daha fəal iştirak etməsi müzakirə olunmuşdur.

Ağacəkmə aksiyalarında hər iki rayonun Ağsaqqallar Şurasının üzvləri yaxından iştirak etmişlər. Rayonların müxtəlif yaşayış məntəqələrində yüzlərlə ağac, o cümlədən şam, çinar, vələs və digər meşə ağac növləri əkilmişdir.

Keçirilən aksiyalarda ağsaqqalların fəal iştirak etməsində əsas məqsəd ağac əkərək ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına, təbiətin yaşıllaşdırılmasına və sağlamlaşdırılmasına töhfə verməklə yanaşı, həm də cəmiyyətimizdə, xüsusilə də gənclər arasında ekoloji tərbiyəni gücləndirmək, onlara doğma torpağı və təbiəti sevməyi, ətraf mühitə qayğı ilə yanaşamağı aşılamaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.