Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasınının sədr müavini, akademik Abel Məhərrəmov Rusiya Elmlər Akademiyasının medalı ilə təltif olunub

Azərbaycan Ağsaqqallar Şurasınının sədr müavini, akademik Abel Məhərrəmov “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalı ilə təltif olunub. Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Gennadi Krasnikovun bununla bağlı verdiyi sərəncamda deyilir ki, Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının və “Zərif üzvi sintez” elmi-tədqiqat laboratorayasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki və Rusiya Elmlər Akademiyasının xarici üzvü Abel Məmmədəli oğlu Məhərrəmov Rusiya Federasiyasının elmi-texnoloji inkişafına verdiyi əhəmiyyətli töhfələrə və Rusiya Elmlər Akademiyasının qarşıya qoyduğu məsələlərin həllinə göstərdiyi dəstəyə görə “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalı ilə təltif olunur. Qeyd edək ki,  medal Rusiya Elmlər Akademiyasının 300 illik yubileyi ilə əlaqədar  Rusiya Federasiyası Prezidentinin 5 dekabr 2022-ci il tarixli fərmanı ilə təsis edilib.

Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev İdarə Heyətinin üzvləri və öz adından akademik Abel Məhərrəmovu  təbrik edərək ona gələcək fəaliyyətində davamlı uğurlar arzulayıb.

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.