Xəbərlər

Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına etiraz

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov İranda Azərbaycan Respublikasının səfirliyinə qarşı törədilmiş terror aktına münasibət bildirib:

İranda Azərbaycan Respublikasının səfirliyinə qarşı terror aktı törədən, xalqımızın müstəqilliyinin, ərazi bütövlüyünün qorunması istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını həzm edə bilməyən bədxahlar öz layiqli cavablarını alacaqlar. Onların qarayaxmadan, riyakarlıqdan, satqınlıqdan başqa yolları qalmadığı üçün belə vəhşiliyə əl atıblar. Ar olsun terrorçulara və onların himayədarlarına!
Azərbaycan xalqını bu cür alçaqlıqlar və terrorlar heç vaxt öz haqq işindən çəkindirməyib və çəkindirməyəcək. Çünki biz özümüzün ləyaqətini və birliyini qoruyan xalqıq.
Düşmənlər tam əmin olsunlar ki, onların törətdiyi bu alçaq terrorlar bizi qorxutmur, əksinə xalqımızın iqtidar ətrafında sıx birləşməsini, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi istiqamətində fəallığımızı daha da gücləndirir.
Bir daha İranda Azərbaycan Respublikasının səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə pisləyir, cinayətkarların və onların havadarlarının tezliklə cəzalandırılmasını tələb edirik.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.