“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qlobal sülh siyasəti bəşəriyyətin təhlükəsizliyi ilə yanaşı, həm də ekoloji təhlükəsizliyə xidmət edir”.
Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti hər zaman bütün planetdə sülh və təhlkəsizliyi zəruri hesab edib və bu istiqamətdə ciddi səy, böyük əmək ortaya qoyub:
“Prezident İlham Əliyevin siyasəti üçün xarakterik olan mühüm xüsusiyyətlərdən biri heç şübhəsiz, milli maraqların müdafiəsi ilə yanaşı, həm də bütün bəşəriyyətin rifahı və təhlükəsizliyini nəzərə almaq, planetin istənilən yerində müharibə və zorakılığın acı nəticələrini dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olub. Yalnız Cənubi Qafqazda deyil, bütün dünyada ədalət və təhlükəsizliyin təmini cənab İlham Əliyev siyasətinin ana xəttini təşkil edir. Məhz bu səbəbdən də dövlət başçımız hər zaman planetin harasında baş verməsindən asılı olmayaraq, bütün münaqişə və konfiliktlərin sülh yolu ilə həlli təşəbbüsü ilə çıxış edib, müharibələrə qarşı çıxıb.
Xatırladım ki, 30 illik erməni işğalı dönəmində Ermənistan Qarabağ və ətraf ərazilərdə ağır ekoloji cinayətlər törədib, təbiətin məhvi istiqamətində silsilə addımlar atıb. Məhz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin liderliyi ilə gerçəkləşən 44 günlük Vətən müharibəsi bütün bu ekoloji cinayətlərə son qoydu, vətən torpağının azadlığı ilə yanaşı, həm də təbiətin xilasına nail olundu. İşğaldan sonra Azərbaycan azad edilən torpaqların minalardan, döyüş sursatlarında təmizlənməsi prosesinə start verdi və məlum proses bu gün də davam edir. Azad olunmuş torpaqlarımızın döyüş sursatlarından təmizlənməsi ilə yanaşı, həm də bu ərazilərdə meşələrin bərpa edilməsi, su hövzələrinin, torpaq örtüyünün zərərli komponentlərindən təmizlənməsi prosesi gedir.
Azərbaycan bu gün də bölgədə yeni hərbi qarşıdurmaların qarşısını almaq üçün ciddi diplomatik səylər ortaya qoyur ki, bu da bütün digər amillərlə yanaşı, ekoloji təhlükəszilik baxımından da önəmlidir. Çünki müharibələrin təbiətə, ekloloji mühitə ciddi ziyan vurduğu heç kimə sirr deyil. Ancaq təəssüflər olsun ki, bu gün özünü “mədəniyyətin beşiyi” hesab edən bəzi qlobal güclər Ermənistanı silahlandırmaqla onu yeni müharibəyə sövq etməyə, təbiəti ölümcül silahlarla zəhərləməyə çalışırlar. Müharibənin ilhamvericisi olan bu ölkələrdən biri də Fransadır. Fransa Ermənistana külli miqdarda silah-sursat, raket sistemləri verməklə onu müharibəyə təhrik edir ki, bu da insan həyatı ilə yanaşı, həm də ekosistem üçün ciddi təhdiddir. Fransa keçirdiyi nüvə sınaqları ilə də təbiətə böyük ziyan vurur, onu ölümcül hala salır. Hansı ki, Fransanın təbiətə qəsd siyasətinin dünya ictimaiyyəti tərəfindən daha ciddi və daha sərt şəkildə qınanmasına ehtiyac var.
Hesab edirəm ki, dünya birliyi Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizəsini alqışlamaqla yanaşı, Ermənistan, Fransa kimi dövlətlərin təbiətə qəsd siyasətini tənqid etməli, onların ekoloji tarazlığı pozan siaysətlərinin qarşısını almaq üçün həmrəylik sərgiləməlidir. Bu, planetimizin xilası baxımından ən vacib addımlardan biridir”.