Xəbərlər

Azərbaycan xalqı ağsaqqalları həmişə uca tutub

8 aprel 2021-ci idə Xaçmazda  Rayon Ağsaqqallar Şurasının iclası keçirilmişdir.  Tədbirdə  Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və rayon ağsaqqalları iştirak etmişlər. İclasdan öncə tədbir iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin Xaçmaz rayonundakı  abidəsi önünə gül dəstələri qoyulmuş və xatirəsi ehtiramla yad edilmişdir.
Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla yığcam tərkibdə keçirilən toplantıda Vətən müharibəsində həlak olmuş şəhidlərimizin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Yığıncağı Xaçmaz Rayon İcra Hakimiyyətinin başcısı Elnur Rzayev açaraq tədbir iştirakçılarını salamladıqdan sonra Ali Baş Komandan  İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfərdən bəhs etmiş və vurğulamışdır ki, gənclərimizə hər zaman vətənpəvərlik və mərdlik aşılayan ağsaqqalların bu qələbədə böyük əməyi vardır. Xaçmaz rayonunun ictimai-mədəni həyatında ağsaqqalların əhəmiyyətli rolundan danışan icra hakimiyyətinin başçısı fəaliyyətə başldığı ilk günlərdən etibarən onların dəyərli məsləhət və tövsiyələrindən bəhrələndiyini toplantı iştirakçılarının diqqətinə çatdırmışdır. O, ümidvar olduğunu bildirmişdir ki, bundan sonra da ağsaqqallarımız örnək davranışları və uğurlu fəaliyyətləri ilə hər birimizə, xüsusilə də gənclərimizə mənəvi dəstək olacaqlar.
Azərbaycan  Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov öz çıxışında bildirmişdir ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun apardığı 44 günlük Vətən müharibəsi nəticəsində əzəli və əbədi torpaqlarımız 30 illik erməni işğalından azad edilərək ölkəmizin tarixi ərazi bütövlüyü bərpa olundu. Şanlı Ordumuzun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə oldu və bu gün savaş meydanında əldə etdiyimiz bu tarixi Qələbənin ardınca Azərbaycanı daha firəvan həyat gözləyir. O qeyd etdi ki, hal-hazırda bütün dünyada, o cümlədən ölkəmizdə koronivirus pandemiyasının davam etməsinə baxmayaraq,  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Daha sonra Tahir müəllim vurğuladı ki, Azərbaycan xalqı ağsaqqalları həmişə uca tutub. Çünki ağsaqqallar bizim mənəvi sərvətimizdir. Bildirildi ki, millət vəkili, professor Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasına sədr seçildikdən sonra ağsaqqalların cəmiyyətə daha çox inteqrasiya etməsinə böyük imkanlar yaradılır. Hal-hazırda Şurada təşkilati və digər vacib məsələlər öz həllini tapmaqdadır. Əminik ki, bu fəaliyyət aktivliyi bütün şəhər və rayonlarımızda, o cümlədən Xaçmazda da özünü göstərəcəkdir.
Tədbirdə təşkilati məsələlər müzakirə edilərək  Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi qəbul olunmuş, həmçinin İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibi formalaşdırılmışdır. Məhərrəm Abbasov Rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.
Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov,  Xaçmaz Rayon İcra Hakimiyyətinin başcısı Elnur Rzayev və digər natiqlər Xaçmaz Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzulamışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.