Dövlətimiz tərəfindən hər zaman aztəminatlı ailələrin sosial müdafiəsi diqqətdə saxlanılır, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün davamlı müvafiq tədbirlər həyata keçirilir. Öz fəaliyyətində daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli daxili və xarici siyasətini, o cümlədən uğurlu sosial siyasətini rəhbər tutan Azərbaycan Ağsaqqallar Şurası da mütəmadi olaraq xalqımıza xas xeyirxahlıq və humanizm prinsiplərinə uyğun nəcib əməllərini, yardım ənənələrini davam etdirir. Belə ki, növbəti dəfə Azərbaycan Ağsaqqallar Şurasının Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mübarək Ramazan bayramı münasibətilə Sabunçu rayonunun Maştağa, Bilgəh, Nardaran və Zabrat qəsəbələrində xəstəlikdən əziyyət çəkən əlil insanlara və aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları paylanılıb.
Bayram sovqatlarını təqdim edən Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev və digər şəxslər Şura rəhbərliyinin təbriklərini onlara çatdıraraq bundan sonra da bu nəcib ənənənin davam etdiriləcəyini vurğulayıblar. Sakinlər onlara göstərilən bu diqqətə görə öz təşəkkürlərini bildiriblər.
Azərbaycan Ağsaqqallar Şurası xeyriyyə işlərini davam etdirir
- 09-04-2024
- [17:57]
- []
09
Apr











