Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Türkiyənin Cümhuriyyət bayramında iştirak ediblər

Türkiyə Cümhuriyyətinin elan olunmasının 103-cü ildönümü münasibətilə Bakıda – Gülüstan sarayında təntənəli mərasim təşkil olunub.

Mərasimdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici diplomatlar, ictimai və biznes sektorundan nümayəndələr, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri iştirak ediblər.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın video-təbriki səslənidirilib.

Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəsmi təbrik mətnini tədbir iştirakçılarına çatdırıb.

Mərasim bədii hissə ilə davam etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.