Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev Türkiyədə QDİƏTPM-in tədbirlərində iştirak edib

Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin(QDİƏTPM) 30 illiyinə həsr olunmuş Zirvə toplantısında, təşkilatın plenar sessiyasında, həmçinin Büro və Daimi komitə iclaslarında iştirak etmək üçün mayın 3-də Türkiyənin Ankara şəhərinə səfər edib.

Nümayəndə heyətində Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Milli Məclisin QDİƏTPM-dəki nümayəndə heyətinin rəhbəriEldar Quliyev, digər deputatlardan – komitə sədri Musa Quliyev, Kamran Bayramov, Jalə Əhmədova, Ramin Məmmədov, Elşad Mirbəşiroğlu və digər şəxslər olublar.

İclaslarda “QDİƏT PM-in 30-cu ildönümü: ümumi coğrafiya, ümumi baxış və gələcək”, “Qlobal dəyişikliklərin dinamikasında parlament diplomatiyasının rolu: inkişaf, sülh və sabitlik”və gündəliyə daxil olan digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.