Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə iftar süfrəsi verilib

Azərbaycan Ağsaqqallar Şurası tərəfindən təşkilatın sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü və dəstəyi ilə Sabunçu rayonunun Maştağa, Bilgəh, Nardaran və Zabrat qəsəbəsinin sakinlərinə – şəhid ailələrinə, qazilərə,  aztəməminatlı ailələrə, ağsaqqallara iftar süfrəsi verilib.

450 nəfərdən çox sakinin iştirak etdiyi iftar mərasimi din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz ruhuna, həmçinin hazırda vəzifə başında ayıq-sayıq dayanaraq ölkəmizi düşməndən qoruyan igid əsgər və zabitlərimizə dualar edilib, müqəddəs kitabımız olan “Qurani Kərim”in müsəlmanlara nazil olduğu Ramazan ayının fəzilətlərindən və savablarından danışılıb. Mərasimdə iştirak edənlər ölkəmizin bugünkü sabitliyi, tərəqqisi və gündən-günə güclənməsi uğrunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Həmçinin iftar süfrənin açılmasında əziyyəti olan hər bir kəsə, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasınının sədri, millət vəkili, professor Eldar Quliyevə təşəkkür ediblər.

İftar süfrəsində iştirak edən şəhid ailələrinin üzvləri, qazilər və ağsaqqallarla görüşərək onların qayğıları ilə maraqlanan Eldar Quliyev mübarək Ramazan ayında oruc tutan insanların bütün ibadətlərinin, o cümlədən oruc və niyyətlərinin Allah qatında qəbul olunmasını diləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.