Azərbaycan Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. 2024-cü il iyul ayının 28-də Oğuz Rayon Ağsaqqallar Şurasının keçmiş sədri, müdrik ağsaqqal Cumayev Cuma Xəlil oğlu ömrünün 93-cü ilində vəfat etmişdir.
Uzun müddət Oğuz Rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərən Cuma Cumayev səmərəli fəaliyyəti, işgüzarlığı və alicənablığı ilə hamının hörmət və rəğbətini qazanmışdır. Vətənpərvər bir ziyalı olaraq fəaliyyəti boyunca bir sıra məsul vəzifələrdə çalışaraq, ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etməklə xalqımızın və Vətənimizin inkişafına dəyərli töhfələr vermişdir. Şərəfli və məhsuldar ömür yolu keçən bir ağsaqqal kimi həyatının müdriklik çağında da Azərbaycanımızın inkişafı üçün yorulmadan səylər göstərərək, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda vətənpərvər, mübariz gənc nəslin yetişməsində böyük rol oynamışdır.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Cumayevlər ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Müdrik ağsaqqal, dəyərli ziyalı Cuma Cumayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV