Azərbaycan Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. İyun ayının 5-də Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri, sabiq icra başçısı, rayonun inkişafında, ictimai-siyasi həyatında fəal iştirak etmiş dəyərli ağsaqqal Əli Bədir oğlu Babayev vəfat etmişdir.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından və şəxsən öz adımdan Əli Babayevin doğmalarına və bütün Biləsuvar sakinlərinə dərin hüznlə başsağlığı verirəm və səbr diləyirəm.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının sədri,
millət vəkili, professor Eldar Quliyev