Xəbərlər

BAŞSAĞLIĞI

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor Aqiyə Naxçıvanlıya ağır itki üz vermişdir. Qardaşı, nüfuzlu pedaqoq, alicənab ziyalı, təvazökar insan Mahir Naxçıvanski vəfat etmişdir.

Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, dəyərli ziyalımız Aqiyə Naxçıvanlıya və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

 

 

Dərin hüznlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə

Heyətinin üzvləri adından Şuranın sədri,

millət vəkili, professor                                                                                                         Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.