Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Platasının sədri, professor Vahid Novruzova ağır itki üz vermişdir. Əmisi, el ağsaqqalı, Qərbi Azərbaycanlı dəyərli ziyalı, təvazökar insan Vaqif Novruzov vəfat etmişdir.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, hörmətli həmkarımız Vahid Novruzova və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV