Xəbərlər

BAŞSAĞLIĞI

Azərbaycan Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. 2025-ci il dekabr ayının 28-də Göygöl Rayon Ağsaqqallar Şurasının sədri, müdrik ağsaqqal, dəyərli ziyalı Dilənov Dilqəm Məhər oğlu 75 yaşında vəfat etmişdir.

Göyçə mahalının Böyük Məzrə kəndində anadan olan və gəncliyindən Vətəninə, dövlətinə, xalqına bağlı bir şəxsiyyət kimi formalaşan Dilqəm Dilənov bir sıra məsul vəzifələrdə çalışmış, səmərəli fəaliyyəti və xeyirxah əməlləri ilə onu tanıyan insanların dərin rəğbətini qazanmışdır. Göygöl Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik ağsaqqal və dəyərli bir ziyalı kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı ilə doğma Vətənimizin inkişafına mühüm töhfələr vermiş, gənc nəslin milli adət-ənənələrə bağlılıq və vətənpərvərlik ruhunda tərbiyəsi işinə hər zaman xüsusi diqqət yetirmişdir. Onun insanlarla ünsiyyət mədəniyyəti, təmkini və nikbinliyi çoxları üçün örnək idi.

Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Dilənovlar ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Müdrik ağsaqqal, vətənpərvər ziyalı Dilqəm Dilənovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Dərin hüznlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə

 Heyətinin üzvləri adından Şuranın sədri,

 millət vəkili, professor                                                                                              Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.