Azərbaycan Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. 2023-cü il aprel ayının 22-də Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini Əlizadə Qurbanəli Gülbala oğlu ömrünün 95-ci ilində vəfat etmişdir.
Uzun müddət Xətai Rayon Ağsaqqallar Şurasının sədri, sonra isə sədr müavini kimi fəaliyyət göstərən Qurbanəli Əlizadə səmərəli ictimai fəaliyyəti, fədakar təşəbbüskarlığı ilə hamının hörmət və rəğbətini qazanmışdı. Vətənpərvər bir ziyalı kimi fəaliyyəti boyunca bir sıra məsul vəzifələrdə çalışaraq, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməklə xalqımızın və Vətənimizin inkişafına dəyərli töhfələr vermişdir. Şərəfli və məhsuldar ömür yolu keçən bir ağsaqqal kimi həyatının müdriklik çağında da Azərbaycanımızın inkişafı üçün yorulmadan səylər göstərərək, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda vətənpərvər, mübariz gənc nəslin yetişməsində böyük rol oynamışdır. Onun səmərəli fəaliyyəti və xidmətləri “Tərəqqi” medalı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı və digər təltiflərlə mükafatlandırılmışdır.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından və öz adımdan Əlizadələr ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirəm. Müdrik ağsaqqal, dəyərli ziyalı Qurbanəli Əlizadənin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV