Xəbərlər

BAŞSAĞLIĞI

Azərbaycan Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. 2023-cü il iyul ayının 10-da Şəki Rayon Ağsaqqallar Şurasının sədri Balaşov Nağdalı Aydın oğlu ömrünün 74-cü ilində vəfat etmişdir.
Uzun illər həkim-terapevt və baş həkimin müavini vəzifəsində çalışaraq, Şəki rayonu əhalisinin sağlamlığının keşiyində dayanan Nağdalı Balaşov hər zaman işinə vicdanla yanaşmış, sakinlərə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi üçün əlindən gələni əsirgəməmişdir. Şərəfli və məhsuldar ömür yolu keçən Nağdalı müəllim Şəki Rayon Ağsaqqallar Şurasının sədri olaraq dəyərli ziyalı və müdrik bir ağsaqqal kimi də ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməklə Azərbaycanın tərəqqisi naminə yorulmadan səylər göstərmiş, ölkəmizin müstəqilliyi və inkişafı uğrunda vətənpərvər, mübariz gənc nəslin yetişməsində böyük rol oynamışdır. Onun səmərəli fəaliyyəti bir sıra mükafat və Fəxri fərmanlarla dəyərləndirilmişdir. Lakin əsl mükafatı Şəki rayon əhalisinin ona bəslədiyi yüksək hörmət və rəğbət olmuşdur.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Balaşovlar ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Müdrik ağsaqqal, dəyərli ziyalı Nağdalı Balaşovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.