Xəbərlər

BAŞSAĞLIĞI

Azərbaycan Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. 2023-cü il iyul ayının 14-də Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Ağayev Nadir Şirxan oğlu ömrünün 75-cü ilində vəfat etmişdir.

Nadir Ağayev sadəlik, təvazökarlıq, dürüstlük, mərdlik kimi səciyyəvi cizgiləri xarakterində cəmləyən bir ziyalı olaraq səmərəli pedaqoji fəaliyyəti ilə insanların hörmət və sevgisini qazanmışdır. Gənclik illərindən sadə zəhmətdən başlayan məhsuldar əmək fəaliyyəti,  işgüzarlığı və bacarığı sayəsində daim ucalaraq məsul vəzifələrdə çalışmaqla Azərbaycan dövlətinin və xalqının tərəqqisinə mühüm töhfələr vermiş, gənclərimizin maariflənməsində və nümunəvi vətəndaşlar olaraq həyata vəsiqə qazanmalarında əvəzsiz xidmətlər göstərmişdir.

Abşeron Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik bir ağsaqqal və dəyərli ziyalı kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı ilə doğma Vətənimizin inkişafında mühüm rol oynamış, gənc nəslin milli adət-ənənələrə bağlılıq və vətənpərvərlik ruhunda tərbiyəsi işinə hər zaman xüsusi diqqət yetirmişdir. Onun insanlarla ünsiyyət mədəniyyəti, təmkini və nikbinliyi çoxları üçün örnək idi.

Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Ağayevlər ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Müdrik ağsaqqal, dəyərli ziyalı Nadir Ağayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

 Dərin hüznlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə

 Heyətinin üzvləri adından Şuranın sədri,

 millət vəkili, professor                                                          Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.