Azərbaycan Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. 20 may 2022-ci il tarixində Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, Sumqayıtın “Fəxri vətəndaşı”, şəhərin quruculuğunda, inkişafında və ictimai-siyasi həyatında fəal iştirak etmiş dəyərli ağsaqqal Müzəffər Qəzənfər oğlu Gülümov vəfat etmişdir.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından və şəxsən öz adımdan Müzəffər Gülümovun doğmalarına və bütün Sumqayıt sakinlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının sədri,
millət vəkili, professor Eldar Quliyev