Xəbərlər

BAYRAM YUSİFOV – 63

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun 63 yaşı tamam olub.

Çoxillik, ardıcıl və səmərəli fəaliyyəti ilə Azərbaycan Ağsaqqallar Şurasının cəmiyyət həyatında rolunun daha da möhkəmlənməsində mühüm yer tutan Bayram Yusifovun ömür yolu zəhmətin, sədaqətin və xalqa xidmətin parlaq nümunəsidir. O, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət kursunun vətəndaşlarımız arasında geniş təbliğ edilməsi, ağsaqqallıq institutunun cəmiyyətdə nüfuzunun yüksəldilməsi, nəsillərarası əlaqələrin möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində böyük zəhmət və fədakarlıq göstərmişdir. Ölkəmizin qərb bölgəsi üzrə Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının fəaliyyətinə nəzarət edən və dəstək olan Bayram müəllimin yüksək təşkilatçılıq bacarığı, məsuliyyətli və prinsipial mövqeyi, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində apardığı məqsədyönlü işlər hər zaman təqdirəlayiq olmuşdur.

Bayram Yusifov ağsaqqallıq institutunun mənəvi yükünü dərindən anlayan və bu məsuliyyəti ləyaqətlə daşıyan alicənab bir şəxsiyyət kimi bu gün də milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin yaşadılması, nəsillər arasında sağlam mənəvi körpülərin qurulması istiqamətində yorulmadan çalışır. Mütəmadi olaraq iştirak etdiyi ictimai tədbirlərdə, gənclərlə görüşlərdə onun müdrik tövsiyələri, həyat təcrübəsinə söykənən çıxışları hər zaman böyük maraq və rəğbətlə qarşılanır. Onun fəaliyyəti təkcə təşkilati işlərlə məhdudlaşmır. Bayram müəllim nəcibliyi, xeyirxahlığı, sadəliyi və insanlara olan səmimi münasibəti ilə də seçilir. Çətin anlarda insanlara dayaq olmaq, ehtiyacı olanlara kömək etmək, barışdırıcı və ədalətli mövqe nümayiş etdirmək onun xarakterinin ayrılmaz cəhətləridir. Bu dəyərli keyfiyyətləri onu həmkarları və geniş ictimaiyyət arasında böyük hörmət sahibi etmişdir.

Dövlətini, xalqını sevən, Azərbaycanın çiçəklənməsi üçün əlindən gələni əsirgəməyən, ləyaqətli, nəcib və savab əməlləri ilə ucalan vətənpərvər ziyalı, dəyərli ictimai xadim Bayram Yusifovu ölkəmizin daha da inkişafı və firavan gələcəyi naminə tükənməz enerji və sevgi ilə sərf etdiyi həyatının əlamətdar 63-cü ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uzun və sağlam ömür, ailə səadəti, səmərəli və əzmkar fəaliyyətində davamlı uğurlar arzulayırıq! Qoy həyat yolu daim işıqlı, sözü kəsərli, nüfuzu uca olsun!

 

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının

İdarə Heyətinin üzvləri adından Şuranın sədri,

millət vəkili, professor Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.