Biləsuvarda ağsaqqalların iştirakı ilə Beynəlxalq Ahıllar Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ahıllar Gününün ölkəmizdə 1993-cü ildən qeyd olunduğunu nəzərə çatdıraraq, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu imzaladığını vurğulayıb. Bu gün də yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlər nəticəsində ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımlar atılıb. Sonda icra başçısı Beynəlxalq Ahıllar Günü münasibətilə ahıl insanları, ağsaqqalları və ağbirçəkləri təbrik edərək, onlara cansağlığı və uzun ömür arzulayıb.
Tədbirdə çıxış edən Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, Rüstəm Əliyev, Firəngiz Həbibova və digərləri yaşlı nəsilə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar ölkə başçısının düşünülmüş, məqsədyönlü siyasətini hər zaman dəstəklədiklərini bildiriblər.





